Putin Karapetyana vəzifə verdi

 Putin Karapetyana vəzifə verdi
  12 Mart 2019    Oxunub:2015
Rusiya Federasiyası hökuməti “Zarubejneft” dövlət neft şirkətinin direktorlar şurasının 7 nəfərdən ibarət yeni üzvlərinin siyahısını təsdiq edib.

Azvision.az “TASS”a istinadən xəbər verir ki, namizədlərdən hər biri Rusiya dövlət neft şirkətinin hazırkı tərkibinə daxil olan şəxslərdir. “Zarubejneft”in direktorlar şurasına Ermənistanın keçmiş baş naziri Karen Karapetyan da daxil edilib.
Qeyd edək ki, “Zarubejneft” yeganə səhmdarı Rusiya dövləti olan diversifikasiya edilmiş neft-qaz şirkətidir. Şirkət Rusiyada geoloji tədqiqat və kəşfiyyat işlərinin aparılması, eləcə də karbohidrogen ehtiyatlarının hasilatı üzrə 13 lisenziyaya malikdir.

Ermənistanın hazırkı baş naziri Nikol Paşinyana görə vəzifədən getməli olan Karapetyan Rusiya prezidenti Vladimir Putinin adamı kimi tanınır. Fevralın əvvəlində onun Putinin təlimatı ilə İrəvana qayıtması və Paşinyana qarşı vahid koalisiya yaratmaq üçün ölkənin keçmiş hakimiyyətinin elit nümayəndələrilə görüş keçirdiyi məlumdur. İddia olunur ki, Putin Karapetyanı gələcəkdə Rusiyaya qarşı səhv addım ata biləcək Paşinyana qarşı alternativ kimi nəzərdən keçirir.

Leyla Elbrusqzı
Azvision.az



Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti