“Biz iyrənc hallara qarşı cəsarətli olmalıyıq” - Deputat

   “Biz iyrənc hallara qarşı cəsarətli olmalıyıq” -    Deputat
  12 Mart 2019    Oxunub:1729
“Biz dövlətə, görülən işlərə qara yaxanlara və bu kimi iyrənc hallara qarşı cəsarətli olmalıyıq”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat İlham Məmmədov deyib.

Onun sözlərinə görə, müəyyən səhv fikirə düşən insanlar yoldan çıxarılır: “Şəhid ailələri ilə bağlı məsələdə bir nəfər də kənarda qalmadı. Qaçqınlar və məcburi köçkünlərə analoqu olmayan şərait yaradılıb. Bu insanlar bizə müraciət edərək bildirirlər ki, “iyrənc fikirləri yayanlar haqqımıza girməsinlər”.

Deputat qeyd edib ki, dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vətəndaşların yanında olur, onları dinləyir, şəxsən məktub alırlar: “Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə az qala hər bir insanı fərdi şəkildə tanıyır. Biz ölkədə aparılan siyasəti dəstəkləməliyik”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Deputat  





Xəbər lenti