“Uşaq pulu barədə təkliflərimiz mərhələli şəkildə tətbiq olunacaq” - Ekspert

  12 Mart 2019    Oxunub : 871
“Uşaq pulu barədə təkliflərimiz mərhələli şəkildə tətbiq olunacaq” - Ekspert
"Azərbaycan Prezidenti 3 yaşınadək uşaqların sosial müdafiəsinin gücləndirilməsi barədə tapşırıq verib. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) uşaq pulunun bərpası ilə bağlı təkliflərini hökumətə təqdim etməsindən qısa müddət sonra dövlət başçısı tərəfindən belə bir göstərişin verilməsini yüksək qiymətləndiririk".
Azvision.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Ekspert bildirib ki, CESD-nin təkliflərində uşaqlar yaş qruplarına görə təsnifləşdirilir və 3 yaşınadək uşaqlara daha çox sosial müavinətin verilməsi xüsusi əsaslandırılır.

"Bu baxımdan, 3 yaşınadək uşaqlara sosial müavinətin verilməsi uşaq pulunun mərhələli şəkildə bərpası kimi qiymətləndirilməlidir. Bu addım uşaqların sosial müdafiəsi baxımdan çox vacibdir. Qeyd etmək istərdim ki, CESD-nin təklifləri rasional və real imkanlar nəzərə alınmaqla hazırlanıb və sevindirici haldır ki, artıq proses başlayır. Dünən təklifimiz sosial şəbəkədə təqdim olunandan sonra uşaq pulu məsələsində fərqli yanaşmaların şahidi olduq və əslində bunu normal da qarşılayırıq. Amma bu gün başqa reallığı müşahidə etdik: təklifllərimiz mərhələli şəkildə tətbiq olunacaq", - deyə V.Bayramov vurğulayıb.

Azvision.az

Teqlər: Uşaq-pulu   Ekspert