Qrantı pərdələmək üçün ianə dilənçiliyi - KARİKATURA

   Qrantı pərdələmək üçün ianə dilənçiliyi -    KARİKATURA
  12 Mart 2019    Oxunub:5633
Azərbaycanın xaricində və daxilində fəaliyyət göstərən radikalların sadə insanlardan pul istəməsi artıq adi hala çevrilib. Demək olar ki, hamısı vaxtaşırı üzlərini sadə xalqa tutaraq, müxtəlif məqsədlərlə ianələr istəyiblər.

Əvvəlcə xaricdəkilər daha çox bu yola əl atırdılar – Emin Milli, Tural Sadıqlı, Sevinc Osmanqızı, son vaxtlarda Qənimət Zahid... İndi isə İlqar Məmmədov da onlara qoşuldu: Bloqunda yazdığı bir mətnlə əhalinin ona pul köçürməsini xahiş etdi.

Görəsən, doğrudanmı bu adamlar dolana bilmirlər? Ehtiyac içindədirlər? Heç oxşamır axı: Hamısının ən azı rahat, ən çoxu isə lüks həyatları var. Bəs elə isə məqsəd nədir? Niyə sadə insan öz qazancından, ailəsinin dolanışıq xərcindən kəsib, onlara ianə ödəməlidir?

Çox sadə: Onlar qrant hesabına yaşadıqlarını gizlədə bilsinlər deyə! Əgər hansısa biri ianə dilənməyə başlasa, demək, ya qrant alıb, ya da almaq üzrədir. Və alınan/alınacaq bu qrantı pərdələməyin ən yaxşı yolu əhalidən ianə istəməkdir. Hər şeyin bir izahı olmalıdır axı...




Teqlər: Qrant   Müxalifət   İanə  





Xəbər lenti