Nəcməddin Sadıkov Rusiyaya gedib

  13 Mart 2019    Oxunub : 907
 Nəcməddin Sadıkov Rusiyaya gedib
Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə yola düşüb.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verirki, general-polkovnik N.Sadıkov martın 14-də MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edəcək.

Azvision.az

Teqlər: Nəcməddin-Sadıkov   Rusiya   Səfər