Azərbaycanda ana ölümü azalıb, körpə ölümü isə...

  13 Mart 2019    Oxunub : 1275
 Azərbaycanda ana ölümü azalıb, körpə ölümü isə...
Azərbaycanda ana ölümü göstəricisi azalıb.
Azvision.az Trend-ə istinadən xəbər verir ki, 2017-ci ildə ana ölümü əmsalı hər 100 min diri doğulana 14,6 olub. 2018-ci ildə isə bu göstərici 12,2-yə enib.

Körpə ölümünə gəlincə isə 2016-cı ildə respublikada bu göstəricisi 11,4 (1 yaşa qədər hər 1000 nəfər diri doğulana) promilli olub.

Məlumata görə, 2017-ci ildə körpə ölümü göstəricisi 11,1 promilliyə enib, 2018-ci ildə də bu göstərici dəyişməyərək eyni səviyyədə qalıb.

Azvision.az

Teqlər: Statistika   Səhiyyə   Körpə