Temperatur 8 dərəcə aşağı düşəcək, yağış yağacaq - Xəbərdarlıq

   Temperatur 8 dərəcə aşağı düşəcək, yağış yağacaq -    Xəbərdarlıq
  14 Mart 2019    Oxunub:3668
Martın 14-dən 15-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyinin sürətinin arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Azvision.az



Teqlər: ETSN   Hava  





Xəbər lenti