Ata və oğlunu maşın vurdu: biri öldü

Ata və oğlunu maşın vurdu:    biri öldü
  14 Mart 2019    Oxunub:2282
Martın 13-də saat 12 radələrində Gəncə şəhərinin ərazisində Samux rayon sakini K.Abdullazadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Səftər Qəribovu və onun oğlu Anarı vurub.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə ata aldığı xəsarətlərdən hadisə yerində ölüb, oğlu isə xəstəxanaya yerləşdirilib. Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti