İrəvanda etiraz aksiyası: 16 nəfər saxlanıldı - VİDEO (Yenilənib)

İrəvanda etiraz aksiyası: 16 nəfər saxlanıldı -  VİDEO (Yenilənib)
  14 Mart 2019    Oxunub:4471
Ermənistanın paytaxtı İrəvanda bir qrup sakin etiraz aksiyası keçirir.

Azvision.az -ın məlumatına görə, onlar Opera teatrının yaxınlığında yerləşən kafelərin sökülməsinə etiraz edirlər. Aksiya zamanı polis əməkdaşları ilə sakinlər arasında qarşıdurma yaranıb.
Polisin əmrinə tabe olmayan 16 nəfər ictimai asayişi pozduğuna görə saxlanılıb. Hazırda nümayiş iştirakçıları mərkəzi küçələrdən birində toplaşıblar. Əraziyə əlavə polis qüvvələri cəlb olunub.

Etiraz aksiyasının iştirakçıları bildiriblər ki, ticarət obyektlərinin sökülməsi onlarla insanın işsiz qalmasına səbəb olacaq.



Azvision.az



Teqlər: İrəvan   Etiraz   Aksiya  





Xəbər lenti