Canlı yayımda məscidlərə hücum edildi - 30 nəfər öldü (FOTOLAR)

Canlı yayımda məscidlərə hücum edildi -  30 nəfər öldü (FOTOLAR)
  15 Mart 2019    Oxunub:10585
Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məsciddə silahlı insident baş verib. Hadisə nəticəsində azı 30 nəfər ölüb, qanlı cinayətdə şübhəli bilinən 4 nəfər isə saxlanılıb.

Azvision.az “Stuff”a istinadən xəbər verir ki, bu barədə yerli polis komissarı Mayk Buş bəyan edib. Onun sözlərinə görə, saxlanılanlardan biri qadın, digərləri kişidir.
Məlumata görə, tutulan şəxslərdən biri Avstraliyadan olan 28 yaşlı Brenton Tarrantdır. Onun məscidlərdəki silahlı hücumu 17 dəqiqə ərzində sosial şəbəkədə canlı yayımladığı bildirilir. İnsidentdən əvvəl isə motivlərinin izah olunduğu 37 səhifəlik “manifest” dərc edib.

Həmçinin qeyd olunub ki, silahlılar həm də terror aktı törətməyə hazırlaşıblarmış. Belə ki, məscidlərin yerləşdiyi Kraystçerç şəhərində park edilmiş avtomobillərdə polis bir neçə partlayıcı qurğu tapıb və dərhal onları zərərsizləşdirib. İnsidentlə əlaqəsi olan digər şəxslərin axtarışı davam edir.

Qeyd edək ki, 2 nəfər silahlının hücumu zamanı məscidlərdə 300-dən çox müsəlman olub. Yaralanan onlarla insan xəstəxanaya yerləşdirilib. Ölənlərin sayının artacağı istisna olunmur.






Leyla Elbrusqızı
Azvision.az




Teqlər: YeniZelandiya   Terror   Məscid  





Xəbər lenti