Ərdoğandan ABŞ-a cavab: “Geriyə addım atmayacağıq”

Ərdoğandan ABŞ-a cavab:  “Geriyə addım atmayacağıq”
  15 Mart 2019    Oxunub:1837
ABŞ-ın təzyiqlərinə baxmayaraq, Ankara Rusiyanın “S-400” zenit-raket komplekslərinin tədarükü məsələsində geri addım atmaq fikrində deyil.

Azvision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Haberturk” telekanalına müsahibəsində deyib.
“Biz bu məsələni (“S-400”lərin alışını) bitirmişik. Geri addım atmaq barədə söz ola bilməz. Rusiya bu ilin iyulunda zenit-raket komplekslərinin tədarükünə başlayacaq”, – deyə Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, Ankara “Patriot” hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı ABŞ-ın təklifini nəzərdən keçirməyə hazırdır. Lakin birgə istehsal, texnologiyanın paylaşılması və həmin sistemlərin qiyməti ilə əlaqədar bir neçə vacib kriteriya var. Ərdoğanın fikrincə, bu kriteriyalar üzrə Rusiyanın yanaşması çox pozitiv olub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   Rusiya   ABŞ   S-400  





Xəbər lenti