“Sabunçu stansiyası mayda istifadəyə veriləcək” - Cavid Qurbanov

  “Sabunçu stansiyası mayda istifadəyə veriləcək” -    Cavid Qurbanov
  15 Mart 2019    Oxunub:3011
Cari ilin may ayında Sabunçu dəmiryolu stansiyasının açılışı olacaq

Azvision.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, açılış mərasimi mayın 10-da - Ulu Öndər Heydər Əliyevin doğum günü tarixində baş tutacaq.
"Bunun üçün qatarlar sifariş edilib və əlavə iki qatarımız var. Əvvəllər Sabunçudan Bakının mərkəzinə yarım saata çatmaq mümkün idisə, hazırda bu məsafə 10-12 dəqiqəyə bərabər olacaq. Qatarlar kiçik intervallarla bir saatdan bir hərəkət edəcək".

C.Qurbanov qeyd edib ki, Sabunçudan Sumqayıta qədər olan məsafədə işlər ilin sonuna kimi yekunlaşacaq: "Abşeron dəmiryolu xəttində aparılan işləri əvvəllər bir-iki aya bitirəcəyimizi düşünürdük, amma orada işin həcmi çoxdur. Bəzi yerlərdə kəsişmələr var. Maşınlarla dəmiryolu xəttinin kəsişməsini götürmək üçün çalışırıq ki, bütün keçidlər yerin altında olsun. Bununla təhlükəsizliyi və rahatlığı təmin etmək istəyirik".

Aytən Zəhra
Azvision.az



Teqlər: Cavid-Qurbanov  





Xəbər lenti