Azərbaycan İranla anlaşdı, bir sıra sənədlər imzalandı - FOTOLAR

 Azərbaycan İranla anlaşdı, bir sıra sənədlər imzalandı -  FOTOLAR
  15 Mart 2019    Oxunub:3599
Bakıda Azərbaycan-İran Hökumətlərarası Komissiyasının XIII iclası işə başlayıb.
Azvision.az xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev iclası giriş nitqi ilə açıq elan edib.

İclasda hər iki tərəfin nümayəndələrinin iştirakilə iqtisadi əlaqələr müzakirə olunub. Sonra Azərbaycan ilə İran arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd imza atıblar.

Həmçinin Neftçala Sənaye Məhəlləsində ehtiyat hissələrinin istehsalı ilə bağlı sənəd imzalanıb. Üçüncü imzalanan sənəd isə İranın "Qartal" şirkəti ilə "Azərmaş" ASC arasında ilə Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı ilə əlaqədardır.















Aytən Zəhra
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: İran   Azərbaycan   İclas  





Xəbər lenti