Yeni Zelandiyada məscidlərdə törədilən terrorda erməni izi - VİDEO

Yeni Zelandiyada məscidlərdə törədilən terrorda erməni izi -  VİDEO
  15 Mart 2019    Oxunub:20845
Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən Əl-Nor və Linvud məscidlərinə edilən silahlı hücum nəticəsində 50-yə yaxın insan öldürülüb. Ölkənin baş naziri Casinda Ardernin terror aktı adlandırdığı qanlı olayda erməni izi aşkarlanıb.
Azvision.az “Newsarmenia”ya istinadən xəbər verir ki, Yeni Zelandiya polisinin ələ keçirdiyi, məscidlərə hücum edən terrorçulara məxsus silahların üzərində erməni dilində yazılar müəyyən edilib.

Bu yazılar hücumu törədənlərdən birinin - avstraliyalı 28 yaşlı Brenton Tarrantın silahla ətrafdakılara atəş açdığı vaxt çəkdiyi 17 dəqiqəlik canlı yayım videosunda da görüntülənib. Onun istifadə etdiyi silah və döyüş sursatlarının üzərində erməni dili ilə yanaşı, ispan, ingilis, serb və polşa dillərində də yazılar olub.

Həmin yazılarda tarixən türklər əleyhinə döyüşən real insanların adları və həmin tarixi hadisələrin vaxtları qeyd olunub.

Erməni dilindəki “Սարիղամիշի Ճակատամարտ” yazısı isə tərcümədə “Sarıqamış döyüşü” deməkdir. Birinci dünya müharibəsi dövründə 1914-cü il dekabr ayından 1915-ci il yanvar ayına qədər Rusiya və Osmanlı İmperiyaları arasında Sarıqamış bölgəsində baş vermiş bu döyüş rusların qələbəsi ilə nəticələnmişdi. Həmin döyüşdə türklərə arxadan zərbə vuran xəyanətkar ermənilər də rusların tərəfində savaşırdı. Ermənilər hətta döyüşdə məğlub edilən Ənvər Paşanı uydurma “erməni soyqırımı”nın başlıca təşkilatçısı kimi qələmə verirlər.



Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyadakı məscidlərə hücumu sərt şəkildə pisləyərək, bunu “rasizmin və islamofobiyanın artması” kimi qiymətləndirib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Erməni   YeniZelandiya  





Xəbər lenti