"Tikinti sahəsində durğunluq aradan qaldırılmalıdır"- Deputat

   "Tikinti sahəsində durğunluq aradan qaldırılmalıdır"-    Deputat
  15 Mart 2019    Oxunub:1571
“Tikinti sahəsində durğunluq mövcuddur. Bu durğunluq qanunvericiliyin tələblərinə uyğun aradan qaldırılmalıdır”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Çingiz Qənizadə deyib.

Deputat bildirib ki, 2018-ci ilə kimi tikinti sıxlığı qəbul olunmuş qaydalara əsasən, binaların tikintisinə Tikinti Məcəlləsinə və Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli qərarına uyğun olaraq icazə verilib:

“Amma indi yeni əmsal tətbiqi ortaya atılıb. Bu da əvvələr sərəncam almış və müəyyən işlər görmüş sahibkarlar üçün böyük problemə çevrilib. Qanunun ağırlaşdırıcı halının geriyə təbiqi yolverilməzdir. Bu gün qəbul olunan qanun, əgər ondan əvvəl təbiq olunan qanunu ağırlaşdırırsa, özündən əvvəlkinə imkan verməlidir ki, onu həyata keçirsin. Yalnız bundan sonra bu məsələlərə yenidən yanaşmaq olar. Hesab edirəm ki, baş nazir bu məsələni nəzarətə götürəcək”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər:





Xəbər lenti