Masallıda “ASAN Həyat” Bahar Festivalı keçirilir - FOTOLAR

   Masallıda “ASAN Həyat” Bahar Festivalı keçirilir -    FOTOLAR
  16 Mart 2019    Oxunub:3397
Masallı "ASAN Həyat" kompleksinin qarşısında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə “ASAN Həyat” Bahar Festivalı keçirilir.
Azvision.az xəbər verir ki, festival çərçivəsində Masallı "ASAN Həyat” kompleksində milli personajların iştirakı ilə Novruz tamaşaları, pəhlivan və kəndirbaz oyunları, milli ornomentlərin sərgisi, idmaçıların çıxışları, müxtəlif konsert proqramları təşkil olunub, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkası həyata keçirilib.

Festivalda, həmçinin “ABAD” publik hüquqi şəxsin “ABAD Gastro Village” layihəsi çərçivəsində Food trucklər (təkərli qoşqular) nümayiş olunub. Bu trucklərdə “ABAD” məhsullarından hazırlanmış fast foodların satışı həyata keçirilir. Təşkil olunan tədbirdə ölkəmizdə akreditə olunmuş diplomatik korpusun nümayəndələri də iştirak ediblər.

"İnnovasiyalar Mərkəzi"nin direktoru Tağı Tağızadə jurnalistlərə bildirib ki, Masallı rayonunda "ASAN həyat" komplekslərində keçirilən sonuncu bahar festivalına start verilib. Onun sözlərinə görə, tədbir ayın 19-a qədər davam edəcək.

"Bundan öncə Quba və Şəkidə eyni festival keçirilib. Masallıda da adı çəkilən rayonlarda olduğu kimi təşkilatlar və qurumlar öz Novruz adət-ənənələri ilə çıxış edirlər. Burada yarmarkalarla yanaşı konsert proqramı da təşkil olunub. Konsert martın 19-a qədər davam edəcək. Növbəti illərdə belə konsertlərin keçirilməsi nəzərdə tutulur".



























Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: ASAN-Xidmət   Festival  





Xəbər lenti