Dövlət Agentliyinin əməkdaşlarına medallar təqdim olunub

Dövlət Agentliyinin əməkdaşlarına medallar təqdim olunub
  18 Mart 2019    Oxunub:1962
18 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunmuş Dövlət Agentliyinin əməkdaşlarına medalların təqdimolunma mərasimi keçirilib.
Azvision.az xəbər veri ki, tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək, Prezident İlham Əliyev tərəfindən Dövlət Agentliyinin fəaliyyətinə daim xüsusi diqqət və qayğı göstərildiyini, “ASAN xidmət" işçilərinin peşə bayramı gününün təsis edildiyini vurğulayıb.

Sonra “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medlı ilə təltif olunmuş əməkdaşlara ali dövlət mükafatları təqdim olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 27 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Müvafiq Sərəncama əsasən, “ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Dövlət Agentliyinin 10 əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə”, 17 əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif olunub.

Azvision.az


Teqlər: ASAN-Xidmət  





Xəbər lenti