Dünya hakerlərinin əsas hədəfi

Dünya hakerlərinin əsas hədəfi
  17 Noyabr 2013    Oxunub:737
Hakerlər əsas hansı ölkələri hədəfə alıblar?
Kasperski Laboratoriyasının mütəxəssisləri bu ilin üçüncü rübündə virus yazıçılarının mobil platformalara yönləndirilmiş yeni, qeyri-standart üsullarını qeydə alıblar: bank hesabına çıxış əldə edən yeni innovativ Svpeng ziyanvericisi aşkar edilib, bundan başqa, ilk dəfə Android troyanı Obadın yayılması üçün kənar botnetlərin gücündən istifadə edilib.

Eyni zamanda üçüncü rübdə planlaşdırılmış kibercasusluq kampaniyalarının çoxluğu ilə yadda qalıb. Ümumilikdə bu müddət ərzində Kasperski Laboratoriyası məhsulları ilə 978 628 817 ziyanverici obyekt zərərləşdirilib.

AzVision.az ICTnews-a istinadən bildirir ki, Kasperski Laboratoriyasının məlumatlarına əsasən, mobil platformalara edilən bütün hücumların 99,9%-i bu ilin üçüncü rübündə Android əməliyyat sisteminə yönəldilib.

Yeni təhdidlərin arasında, digər oxşar ziyanverici proqramlardan fərqli olaraq, cinayətkarlara təkcə smartfonu virusa yoluxdurmaqla bank hesabından pul oğurlamağa imkan verən Svpeng troyanını qeyd etmək olar. Mobil banking servisindən balans sorğuladıqda və cavab olaraq mobil telefonun balansını yükləmək təklifi ilə SMS-məlumatı aldıqda, ziyanverici istifadəçinin bank hesabından pulları, smartfon-kompüter bağlanmasının yanından ötərək ziyanvericilərin mobil hesabına köçürür.

Mobil platformalar üçün nəzərdə tutulmuş virusların yaradıcıları üsulları daha təkmilləşdirilmiş olduğu halda, veb-hücumlar sahəsində ixtisaslaşan ziyanvericilər say etibarı ilə qalib gəlirlər. Ümumilikdə bu ilin üçüncü rübündə Kasperski laboratoriyası 500 284 715 hücum qeydə alıb, bu arada ziyanverici proqramların yayılması üçün istifadə edilən veb-resursların 45,2%-i ABŞ və Rusiyada yerləşib. Bu veb-təhdidlərin qurbanı əsasən MDB ölkələrinin əhalisi olur: bu ölkələrin 9-u artıq bu nöqteyi-nəzərdən ən təhlükəli regionlar onluğuna düşüblər.


Teqlər:





Xəbər lenti