Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

   Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
  20 Mart 2019    Oxunub:3255
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Mehriban Əliyevanın rəsmi "İnstagram" hesabında dərc olunan təbrikdə deyilir:

"Əziz dostlar! Səmimi təbriklərinizə, xoş arzularınıza, sevgi və dəstəyinizə görə sizin hər birinizə öz adımdan və Prezidentin adından dərin minnətdarlığımı bildirirəm!

Biz sizin xoş münasibətinizi daim hiss edirik və məhz sizin sevginiz bizim ən böyük güc və ilham mənbəyimizdir!

Böyük Azərbaycan xalqının övladlarından biri olduğuma və xalqımla birgə olduğuma görə xoşbəxtəm!

Bütün Azərbaycan xalqını bayram münasibətilə təbrik edirəm! Allah Vətənimizi qorusun, sülh və əmin-amanlıq bəxş etsin! Hər birinizə cansağlığı, xoşbəxtlik, tükənməz aydınlıq, xoş güzəran və sevgi arzulayıram!

Hamınıza dərin təşəkkürümü bildirirəm!"

Azvision.az



Teqlər: Mehriban-Əliyeva   Novruz   Bayram   Təbrik  





Xəbər lenti