Yeni Zelandiyada tüfəngdən istifadə qadağan edildi

  21 Mart 2019    Oxunub : 1178
 Yeni Zelandiyada tüfəngdən istifadə qadağan edildi
Yeni Zelandiyanın baş naziri Casinda Ardern Kraystçerçdə iki məsciddə baş verən terror hücumundan sonra ölkə ərazisində hücum və yarıavtomatik tüfənglərin dövriyyə və istismarına qadağa tətbiq edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, baş nazirin bəyanatını "The New Zealand Herald" nəşri dərc edib.

"Bazar ertəsi, Kraystçerçdə baş verən dəhşətli terror aktından 72 saat sonra Nazirlər Kabineti qanuna yenidən baxmağa razılıq verib. İndi, bu hücumdan 6 gün sonra, biz Yeni Zelandiyada bütün hərbi tipli yarıavtomatik və hücum tüfənglərinə qadağa elan edirik", - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, Yeni Zelandiyada iki məscidə terror hücumu nəticəsində 50 nəfər ölüb, 50 nəfər isə yaralanmışdı.

Azvision.az

Teqlər: YeniZelandiya   terror