“Xalq kompyuteri” layihəsi uğurla davam edir

“Xalq kompyuteri” layihəsi uğurla davam edir
  17 Noyabr 2013    Oxunub:1118
“Xalq kompyuteri” layihəsi üzrə 21 min 950 kompyuter əldə olunub.
AzVision.az xəbər verir ki, Azərbaycanda kompyuterlərin kütləvi yayımının təmin edilməsinə yönələn “Xalq kompyuteri” layihəsi uğurla davam etdirilir. Hazırda layihə çərçivəsində əldə olunan komputerlərin sayı 21 min 950-ə çatıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) bildiriblər ki, layihə üzrə təqdim edilən kompyuter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və mövcud bazar qiymətlərindən 25 faizdən 40 faizədək aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə satılır.

“Xalq kompyuteri” layihəsi çərçivəsində orta məktəblərin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompyuter almaq imkanı əldə edirlər. Növbəti mərhələdə digər qrup insanlar da bu layihənin imkanlarından yararlana biləcək.

RİTN və Təhsil Nazirliyi tərəfindən təşkil olunan layihə “Microsoft” və “HP” şirkətləri tərəfindən təqdim olunur, təchizat isə “BestComp Group” şirkəti tərəfindən həyata keçirilir.


Teqlər:





Xəbər lenti