Ermənistanda döyülən əsgərlər üsyan etdilər
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan "Facebook" səhifəsində hadisə ilə bağlı məlumatları şərh edib. O, mətbuatda yayılan xəbərləri təkzib edərək qeyd edib ki, nizam-intizamı pozan bir neçə əsgər ayrıca geyimdən və menyudan istifadə etməklə və zabtləri qarət etməklə hərbi hissədə öz qaydalarını tətbiq etməyə cəhd göstərib.
Onun sözlərinə görə, cəhdin qarşısı alınıb və əsgərlərlə yanaşı, zabitlərin də cəzalandırılmasına qərar verilib: "Artıq bir neçə zabit məsələ ilə bağlı istefaya göndərilib".
Qeyd edək ki, Ermənistan ordusunda mütəmadi olaraq əsgərlər zabitlər tərəfindən təhqir olunaraq döyülür. Bunun nəticəsində düşmən ordusunda bir neçə əsgər intihar edib. Təkcə 2018-ci ildə Ermənistan ordusunda özünə qəsd hallarının sayı 21 olub. Ümumilikdə isə orduda ölən əsgərlərin sayı 71-dir. Əgər bir əsgər öz canına qıyırsa, demək bunun arxasında kifayət qədər müəmmalı, şübhəli hallar var. Eyni zamanda, əsgər-komandir inamsızlığı, etimadsızlığı mövcuddur və nizamnamədən kənar halların baş verir.
Azvision.az
Teqlər: Ermənistan Əsgər