Türkiyədə hərbi avtobus qəzaya düşüb: 1 ölü, 20 yaralı

Türkiyədə hərbi avtobus qəzaya düşüb:  1 ölü, 20 yaralı
  24 Mart 2019    Oxunub:2535
Türkiyənin Şırnak əyalətinin Silopi rayonunda hərbçiləri aparan avtobusun qəza törədərək aşması nəticəsində 1 əsgər ölüb, 20 əsgər isə yaralanıb.
Azvision.az xəbər verir ki, qəza nəticəsində yaralanan türk əsgərləri Silopi, Şırnak və Cizrə xəstəxanalarına yerləşdiriliblər.

İnsidentin hansı səbəbdən baş verdiyi hələlik bilinmir.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti