Astarada “Mercedes” yük maşını ilə toqquşub, ölən var

Astarada “Mercedes” yük maşını ilə toqquşub,    ölən var
  25 Mart 2019    Oxunub:2304
Astara rayon sakini N.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Saatlı rayon sakini M.Gülalıyevin idarə etdiyi “Saz” markalı yük avtomobilinə vurub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə N.Məmmədovun sərnişinlərindən Lənkəran şəhər sakini Hüseyn Abdullazadə hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti