Fransanın Kle-Suiyi şəhərində Novruz günü - FOTOLAR

Fransanın Kle-Suiyi şəhərində Novruz günü -    FOTOLAR
  26 Mart 2019    Oxunub:4035
Fransanın Kle-Suiyi (Claye-Souilly) şəhərində beynəlxalq Novruz günü münasibəti ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının milli rəqslərindən ibarət konserti keçirilib.
Azvision.az -ın məlumatına görə, konsert Azərbaycanın Dostları Assosiasiyasının (ADA) və Kle-Suiyi şəhər meriyasının birgə əməkdaşlığı həmçinin Azərbaycanın Fransadakı səfirliyi və Paris Azərbaycan Evinin dəstəyi ilə həyta keçirilib.



Konsertdə Kle-Suiyi şəhərinin meri İv Albarello, ADA prezidenti Jan-Fransua Mansel, Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Vaqif Ağayev, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin əməkdaşı Rəşad Baratlı, bu şəhərdə fəaliyyət göstərən assosiasiyaların nümayəndələri, meriyanın işçiləri, şəhər əhalisi və digər şəxslər iştirak ediblər.



Tədbirdə çıxış edən mer İv Albarello (Yves Albarello) Azərbaycanı ilk dəfə məhz Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mancelin sayəsində tanidiğını bildirdi. Azərbaycana olan səfərindən xoş xatirələrlə yadda saxlayan mer, bu ölkə haqqlnda bildiklərini konsert iştirakçılarına catirdi : "Azərbaycan müstəqilliyini 1990-ci ildə yenidən bərpa edib. Xəzər dənizinin sahili ilə Avropada 4800 metr hündürlükdə Mon-Blan (Mont-Blanc) zirvəsindən geri qalmayan, 4400 metr hündürlüyə çatan Qafqaz sıra dağları arasında yerləşən bu ölkə özünəməxsus coğrafi gözəlliyə məxsusdur.



Paytaxt Bakı isə dünyada seçiləcək ənənəvi, XV əsrə məxsus olan İçəri şəhər və eyni zamanda müasir üslubda tikilən, Heydər Əliyev adına mədəniyyət mərkəzi, Alov qüllələr kimi möcüzəvi memarlıq nümunələrinə malik olan bir şəhərdir". Mer, Azərbaycanda olduğu zaman insanpərvər, qonaqpərvər bir xalqı kəşf etdiyini vurğulayıb. O Azərbaycanın zəngin mədəniyyətini tərənnüm edən bir konsert proqramını Kle-Suiyi şəhərində keçirilməsinə şad olduğunu bildirdi.



ADA prezidenti Jan-Fransua Mansel tədbir iştirakçılarına hər zaman Azerbaycanın maraqlarını bölüşdüyünu söylədi. O, tamaşaçılara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib, qonşu Ermənistanın torpaqlarımızın 20 faizini işğal etdiyini və illərdən bəri ardıcıl olaraq atəşkəs rejimini pozduğunu bildirib. Belə bir çətin şəraitdə Azərbaycanın öz müstəqilliyinə bağlılığı və onu qorumaq üçün əzmlə mübarizə aparması bu ölkəyə olan marağını daha da gücləndirdiyini vurğulayıb.



Jan-Fransua Mansel onun üçün Azərbaycanda dəyər verdiyi ikinci bir amil, dünyəvi dəyərlərin bərqərar olmasıdır. O, Azərbaycanda millətindən, dinindən asılı olmayaq insanların birgə mehriban bir şəraitdə yaşadıqlarını bildirib. Məhz bu dəyərləri Fransada tanıtmaq Asosiasiyanın məqsədləridən biri oldugunu vurğulayib.



Jan-Fransua Mansel qonaqlara UNESCO-nun qeyri-maddi irs siyahısna daxil olan sülh, dostluq, qardaşlıq rəmzi sayılan Novruz bayramı haqqında ətraflı məlumat verib. Qonaqlar Əməkdar mədəniyyət işçisi Elçin Abbasovun rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında milli rəqslərimizə böyük maraqla tamaşa ediblər.



Ansamblın solistləri əməkdar artistlər Ceyhun Qubadov, Viktoriya Şahmuradova və ansambl üzvləri Uzundərə, Yuzbir, Qoçəli kimi milli rəqslərimizdən ibarət olan rəngarəng rəqs tamaşası ilə çoxsaylı gonagları sevindiriblər. Azərbaycan və Fransa bayraqları Müslim Maqomayevin "Azərbaycan" mahnısının sədaları altında konsertin sonunda ansamblın üzvləri tərəfindən səhnədə qaldırılıb, iki ölkə arasında dostluq rəmzi kimi birlikdə dalğalandırılıb. Tədbirdə həmçinin Azərbaycanlı rəssamlar Mehri Quliyeva və Ruziyə Şabanovanın Novruz bayramına həsr etdikləri rəsm əsərləri sərgilənib.



Azvision.az



Teqlər:





Xəbər lenti