Türkiyədə hava limanında polis öz həmkarını güllələdi - VİDEO

 Türkiyədə hava limanında polis öz həmkarını güllələdi -    VİDEO
  26 Mart 2019    Oxunub:3416
Türkiyənin Kayseri şəhərindəki hava limanında polislər arasında atışma baş verib.

Azvision.az “Haberturk”ə istinadən xəbər verir ki, hava limanının təhlükəsizliyinə cavabdeh olan B.Eyub adlı türk polis A.Əli adlı həmkarı ilə mübahisə edib.
Hadisə zamanı Eyub xidməti tapançadan həmkarına 3 dəfə atəş açıb və daha sonra özünü vurub. Yaralanan hər iki polis xəstəxanaya yerləşdirilib. Onların nədən mübahisə etdikləri və insidentin səbəbləri barədə məlumat verilmir.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının çoxsaylı əməkdaşları cəlb edilib, təhlükəsizlik tədbirləri gücləndirilib.



Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti