Konqress Trampın vetosunu ləğv edə bilmədi

  27 Mart 2019    Oxunub : 676
 Konqress Trampın vetosunu ləğv edə bilmədi
ABŞ Nümayəndələr Palatası prezident Donald Trampın Meksika ilə cənub sərhəddində fövqəladə vəziyyət rejiminin ləğvinə dair Konqressin qəbul etdiyi qətnaməyə qoyduğu vetonu götürə bilməyib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Nümayəndələr Palatasındakı demokratlar vetonun ləğvi üçün respublikaçıların lazımi dəstəyini qazana bilməyiblər. Bu səbəbdən də, Trampın Meksika ilə cənub sərhəddində fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı verdiyi fərman qüvvədə qalıb.

Qeyd edək ki, Konqress cənub sərhədlərində fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı prezident fərmanının ləğvi barədə qətnaməni 14 fevralda qəbul edib. Lakin həmin fərmanla Meksika ilə sərhəddə divarın tikilməsi üçün büdcədən daha çox vəsait almağı planlaşdıran Tramp Konqressin qərarına veto qoyub. Bu, Trampın prezidentliyi dövründə Konqressə tətbiq etdiyi ilk veto olub.

Trampın vetosunu ləğv etmək üçün Konqressin hər iki palatasının – Senatın və Nümayəndələr Platasının 2/3 səs çoxluğu lazımdır.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Meksika   Konqress   ABŞ