Şəhid hərbi qulluqçumuz dəfn olundu - FOTOLAR

   Şəhid hərbi qulluqçumuz dəfn olundu -    FOTOLAR
  27 Mart 2019    Oxunub:4617
Ötən gün cəbhənin Füzuli rayonu istiqamətində düşmənin təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz Əlləzov Əlləz Ələddin oğlu dəfn olunub.
Azvision.az xəbər verir ki, şəhid hərbi qulluqçumuz Qazax rayonunun Yuxarı Salahlı kəndində torpağa tapşırılıb.



Qeyd edək ki, Ə.Əlləzov 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdı.



Azvision.az





Teqlər: Şəhid   Dəfn  





Xəbər lenti