Ticarət mərkəzindəki yanğına səbəb nədir? - FHN-dən açıqlama (VİDEO)

  Ticarət mərkəzindəki yanğına səbəb nədir? -    FHN-dən açıqlama (VİDEO)
  27 Mart 2019    Oxunub:4449
"Yanğın və onun nəticələri tamamilə aradan qaldırılıb. Hazırda bizim növbətçi hissə təhvil-təslimi gözləyir".

Bu barədə Azvision.az -a "Diqlas" Ticarət Mərkəzindəki yanğınla bağlı açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bildirib.
Yanğının hansı səbəbdən baş verməsinə gəlincə, FHN rəsmisi bununla bağlı araşdırma aparıldığını deyib: "Gün ərzində FHN-in müvafiq qurumları tərəfindən hadisə yerində təhvil-təslim həyata keçiriləcək. Praktiki mərhələ başa çatdıqdan sonra hadisənin baş vermə səbəbləri, hadisənin digər müvafiq nəticələri hazırlanacaq, işlər davam etdiriləcək və ictimaiyyətə açıqlama veriləcək".

Qeyd edək ki, ötən gün paytaxtın Nizami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib.



Şahanə Rəhimli
Azvision.az



Teqlər: FHN   Yəhya-Babamnlı  





Xəbər lenti