Kreml Netanyahunu yalançı çıxartdı

   Kreml Netanyahunu yalançı çıxartdı
  27 Mart 2019    Oxunub:1754
İsrailin baş naziri Binyamin Netanyahunun fevralda Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinə “Suriya planı” təqdim etməsi barədə yayılan xəbərlər həqiqətə uğun deyil.
Azvision.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Netanyahunun Moskvaya səfərində belə bir şey olmayıb və ona görə də, bunu təsdiqləyə bilmərəm. Bu məsələ ilə bağlı Netanyahunun nəyi nəzərdə tutduğuna aydınlıq gətirilməlidir” – Peskov vurğulayıb.

Qeyd edək ki, İsraildəki diplomatik mənbələr baş nazir Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampa “Suriya böhranının həlli üzrə plan” təqdim etdiyini və daha sonra Moskvaya səfərində Putinə də bu planı göstərdiyini deyiblər. Putinin isə öz növbəsində, İsrail baş nazirinin İranın Suriyadan çıxarılmasına hesablanan “Suriya planı”na maraq göstərdiyi bildirilir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Rusiya   İsrail  





Xəbər lenti