Gürcü nazirin evi qarət olunub

  27 Mart 2019    Oxunub : 1239
 Gürcü nazirin evi qarət olunub
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Qeorqi Kobuliyanın paytaxt Tbilisinin şəhərətrafı Çxneti elit qəsəbəsindəki evi naməlum şəxslər tərəfindən qarət olunub.
Azvision.az xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, oğrular nazirin evinə bir neçə gün əvvəl daxil olub və olduqca bahalı əşyaları özləri ilə aparıblar.

Lakin Gürcüstanın Daxili İşlər Nazirliyi qarət faktını nə inkar, nə də təsdiq edib. İqtisadiyyat nazirinin qonşuları isə jurnalistlərə bildiriblər ki, baş verən oğurluq hadisəsi ilə bağlı polis onların ifadəsini alıb.

Kobuliya özü isə bunun şəxsi həyatına aid məsələ olduğunu əsas gətirərək, jurnalistlərin sualını cavablandırmaqdan imtina edib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Gürcüstan