Xızıda top mərmisi və partladıcı başlıqlar tapılıb - FOTOLAR

Xızıda top mərmisi və partladıcı başlıqlar tapılıb -  FOTOLAR
  27 Mart 2019    Oxunub:2581
Xızı rayonunda top mərmisi və xeyli sayda yanmış halda partladıcı başlıqlar aşkar olunub.
Bu barədə Azvision.az - a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bildirilib ki, martın 27-si saat 10:33-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xızı rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.



Agentliyin mütəxəssisləri və Xızı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 51 ədəd 12.7 mm-lik patron, 4 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan 57 mm-lik top mərmisi (OR-281) və 253 ədəd yanmış halda, partladıcı başlıqlar aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların (PHS) ətrafında 1500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.



Azvision.az



Teqlər: Xızı   Mərmi  





Xəbər lenti