Qazaxıstanda helikopter qəzası - 13 nəfər ölüb (Yenilənib)

Qazaxıstanda helikopter qəzası -  13 nəfər ölüb (Yenilənib)
  28 Mart 2019    Oxunub:4176
Qazaxıstanın Müdafiə Nazirliyinə məxsus "Mİ-8" hərbi helikopterinin qəzaya uğraması nəticəsində 13 nəfər həlak olub.

Azvision.az xəbər verir ki, hadisə zamanı ekipaj üzvlərindən heç biri sağ qalmayıb. Helikopterin göyərtəsində olan 13 nəfərin hamısı ölüb.
İlkin araşdırmalardan sonra qəzanın dəqiq səbəbi məlum olacaq.

***
(19:56)

Qazaxıstanın Qızıl Orda vilayətində hərbi helikopter qəzaya uğrayıb.

Azvision.az “Kazinform” agentliyinə istinadən xəbər verir ki, helikopterin göyərtəsində 13 nəfər olub.

Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir. Hələlik dəqiq rəqəmlər açıqlanmayıb.

Məlumata əsasən, naməlum şəraitdə yerə çırpılan helikopter tamamilə yanıb. Ölkənin müdafiə nazirinin əmri ilə xüsusi komissiya yaradılaraq qəza yerinə göndərilib. Hadisənin səbəbləri araşdırılır.

Azvision.az



Teqlər: Helikopter   Qəza   Qazaxıstan  





Xəbər lenti