“Diqlas” niyə yandı və son vəziyyət necədir? - VİDEO

  27 Mart 2019    Oxunub : 10227
 “Diqlas” niyə yandı və son vəziyyət necədir? - VİDEO
Bakının Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzi sözün həqiqi mənasında yanaraq külə dönüb. Ötən gün baş verən hadisə nəticəsində onlarla mağaza sahibinə maddi ziyan dəyib. Yanmış mağazalarına həsrətlə baxan sahibkarları gələcək taleləri düşündürür.
Əməkdaşımızla həmsöbhət olan zərərçəkmişlər bildirirlər ki, obyekt sahibi dəymiş ziyana görə onların hər birinə kompensasiya ödəməlidir, əks təqdirdə çıxılmaz vəziyyətdə qalacaqlar.

Mağaza sahibləri, həmçinin "Diqlas"ın necə yanması barədə fikirlərini bölüşüblər.



Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az

Teqlər: Diqlas   Yanğın