Keçmiş məhkum tapança ilə tutulub

  Keçmiş məhkum tapança ilə tutulub
  28 Mart 2019    Oxunub:1896
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunan K.Şuari saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “TT” markalı tapança aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Silah  





Xəbər lenti