“Bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalıdır” - Prezident

 “Bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalıdır” -  Prezident
  28 Mart 2019    Oxunub:3897
“İqtisadiyyat Nazirliyi sahibkarlarla bir-bir görüşməli və onların problemlərini dinləməlidir”

Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar bu gün keçirdiyi müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, Maliyyə Nazirliyi operativ qaydada ilkin olaraq maliyyə vəsaiti ayırmalı və həmin vəsait sahibkarlara verilməlidir.

"Dövlət sahibkarların yanındadır və yanğından zərər çəkmiş sahibkarlara operativ qaydada maliyyə dəstəyi göstəriləcək".

Prezident, həmçinin vurğulayıb ki, bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı, təhlükəsizlik tədbirləri gücləndirilməlidir.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti