Prezident “Diqlas”la bağlı sərəncam imzaladı

  Prezident “Diqlas”la bağlı sərəncam imzaladı
  28 Mart 2019    Oxunub:4631
Martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Sərəncamda martın 26-da “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəydiyi qeyd olunub.

Hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Nazirlər Kabinetinə “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması barədə tapşırıq verilib. Nazirlər Kabinetinə, həmçinin görülmüş işlər haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident   Diqlas   Sərəncam  





Xəbər lenti