Mağazası yanan sahibkarlar digər ticarət mərkəzlərinə köçürüləcək

 Mağazası yanan sahibkarlar digər ticarət mərkəzlərinə köçürüləcək
  28 Mart 2019    Oxunub:2344
Ticarət mərkəzində icarədə olan sahibkarlara dəyən ziyanın müəyyənləşdirilməsi ilə bağlı görüşlər keçirilib və ziyanla əlaqədar ilkin məlumatlar alınıb.
Azvision.az -ın məlumatına görə, bunu qtisadiyyat naziri Şahin Mustafayev Bakının Nizami rayonundakı "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə deyib.

Nazir sahibkarlara bir neçə istiqamətdə ilkin dövlət dəstəyinin göstəriləcəyini, müəyyən halda güzəştli kreditlərdən istifadə ilə bağlı mexanizm üzərində də işlənildiyini, sahibkarların yeni ticarət mərkəzi tikilənə qədər digər ticarət mərkəzlərində yerləşdirilməsi istiqamətində işlərin aparıldığını vurğuladı.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov isə yanğınla əlaqədar yerli icra hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verdi. O, dünən və bu gün sahibkarlarla operativ görüşdüklərini, dəyən ziyanın aradan qaldırılması məqsədilə dövlət tərəfindən ilkin maliyyə dəstəyinin göstərilməsi ilə bağlı Prezidentin tapşırıqlarını onlara çatdırdıqlarını dedi və sahibkarların bu xəbəri yüksək minnətdarlıq hissi ilə qarşıladıqlarını vurğuladı.

Azvision.az


Teqlər: Yanğın  





Xəbər lenti