Həmsədrlər Mnatsakanyanla görüş keçirir

  28 Mart 2019    Oxunub : 873
 Həmsədrlər Mnatsakanyanla görüş keçirir
Bu dəqiqələrdə Avstriyanın paytaxtı Vyanada ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla görüş keçirirlər.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan XİN-n sözçüsü Anna Naqdalyan məlumat yayıb.
Bu gün həmçinin, Vyanada həmsədrlərin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla da görüşü nəzərdə tutulub. Vasitəçilərlə ayrıca danışıqlardan sonra isə Azərbaycan və Ermənistan XİN rəhbərləri birgə görüş keçirəcəklər.

Sabah isə Minsk qrupu həmsədrlərıinin vasitəçiliyilə Vyanada Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş baş tutacaq.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   Vyana   Azərbaycan   Minskqrupu