ABŞ-ın 2 ştatı İsrailə verilsin! - Gözlənilməz təklif

 ABŞ-ın 2 ştatı İsrailə verilsin! -  Gözlənilməz təklif
  28 Mart 2019    Oxunub:2662
Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri Vaşinqtona təklif edib ki, İsrailə Colan təpələri əvəzinə ABŞ-ın 2 ştatını - Şimali və Cənubi Karolinanı versin.

Azvision.az xəbər verir ki, bu barədə BMT-nin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Cəfəri bildirib ki, Colan təpələri həmişə Suriyaya məxsus olub və bundan sonra da olacaq.

“Vaşinqtonun hərəkətləri tarixlə, coğrafiya ilə və bəşəriyyətin vicdanı ilə manipulyasiya etmək cəhdidir. İsrailin Colan təpələrini işğal etməsi isə beynəlxalq sülh və təhlükəsizliyə real təhdiddir. Dəməşq bu məsələni güc metodları vasitəsilə həll etmək hüququnu özündə saxlayır”, – deyə Cəfəri çıxışında vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   İsrail   ABŞ   BMT  





Xəbər lenti