İri dövlət şirkətlərinə nəzarət artırılır

  İri dövlət şirkətlərinə nəzarət artırılır
  29 Mart 2019    Oxunub:2734
"İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilib.

Azvision.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Sənədə əsasən Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə Komissiyanın tərkibindən çıxarılıb. Bundan sonra baş nazirin birinci müavininin sədri olduğu Komissiyanın tərkibi iqtisadiyyat, malyyə və vergilər nazirləri, Mərkəzi Bankın sədrindən ibarət olacaq. Qərara əsasən iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları üzrə aşağıdakı tərkibdə Komissiya yaradılır:

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının vergilər naziri
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri.

Bundan başqa iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının hesabat ilinin birinci yarımilliyi üzrə icra vəziyyətinin nəticələrinə əsasən əməliyyat fəaliyyətindən cəmi daxilolmalarda proqnoz göstəricisindən 20 faizdən yuxarı kənarlaşma olduğu təqdirdə, Komissiya tərəfindən həmin şirkətlərin gəlirlər və xərclər smetalarına yenidən baxılacaq.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Şirkət  





Xəbər lenti