“Azərbaycan iqtisadiyyatı yeni tarazlıq nöqtəsindədir” - Vüsal Qasımlı

 “Azərbaycan iqtisadiyyatı yeni tarazlıq nöqtəsindədir” -    Vüsal Qasımlı
  29 Mart 2019    Oxunub:2648
"Beynəlxalq və nüfuzlu qurumların ölkəmiz haqqında müsbət hesabat təqdim etməsi bir daha göstərir ki, ölkədə aparılan iqtisadi islahatlar açıq hökumət, şəffaflıq və hesabatlılıq prinsiplərinə tam uyğundur. Azərbaycan iqtisadiyyatı yeni tarazlıq nöqtəsindədir"
Azvision.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

V.Qasımlı bildirib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) dövlətlərin iqtisadi, sosial və ətraf mühit dəyişikliklərinin təməlində dayanan faktorları öyrənərək qlobal ticarət və investisiya axınını və məhsuldarlığı ölçür, iqtisadi məsələlərlə bağlı beynəlxalq standartları müəyyən edir.

"Azərbaycan iqtisadiyyatın diversifikasiyası və sahibkarlığın rəqabətqabiliyyətliyinin artırılması istiqamətində OECD ilə sıx əməkdaşlığı davam etdirir. Prezident İlham Əliyev iqtisadiyyatın diversifikasiyası, sosial sferanın inkişafı, kiçik və orta sahibkarlığın inkişaf istiqamətində çoxsaylı hüquqi normativ aktlar imzalayıb. Qeyd olunan müxtəlif sektorlu islahatlar OECD tərəfindən müəyyən edilən müasir və beynəlxalq standartlarla eynilik təşkil edir. Bu, ona görədir ki, Azərbaycanda sahibkarlıq sahəsində aparılan islahatlar Dünya Bankının “Doing Business” hesabatında yüksək qiymətləndirilib".

Aytən Zəhra
Azvision.az



Teqlər: Vüsal-Qasımlı  





Xəbər lenti