Vüsal Qasımlı: “Bunu bir ay ərzində etmək mümkün deyil”

     Vüsal Qasımlı:    “Bunu bir ay ərzində etmək mümkün deyil”
  29 Mart 2019    Oxunub:2594
"Sosial şəbəkələrdə bu il aparılan sosial islahatlarla bağlı bəzi fikirlər səsləndirilir. Lakin aydınlıq gətirmək istəyirəm ki, bu ilki sosial paket 2019-cu ilin dövlət büdcəsində oturuşmuş paketdir"
Azvision.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, büdcə sistemi haqqında qanuna görə paket 2018-ci ilin yanvar ayının sonundan başlayır: "2 milyard manatdan artıq sosial paket həyata keçirilirsə, bunu bir ayın ərzində etmək mümkün deyil. Bu, əvvəlcədən prezidentin göstərişi ilə hazırlanıb və 2019-cu ilin dövlət büdcəsi ilə həyata keçirilir. Bunun emissiya effekti yoxdur, əvvəlcədən büdcədə oturmuş paketdir".

Aytən Zəhra
Azvision.az





Teqlər: Vüsal-Qasımlı  





Xəbər lenti