Fiziki şəxslərin qeydiyyatı ASANlaşır

   Fiziki şəxslərin qeydiyyatı ASANlaşır
  29 Mart 2019    Oxunub:3743
Hüquqi şəxslərin sadə prosedurla, FİN kod və mobil vasitəsilə indentifikasiya olunmaqla qeydiyyata alınması öz nəticəsini verir.

Azvision.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov deyib. O bildirib ki, bu ilin 3 ayında hüquqi şəxslərin 81,3 faizi elektron qeydiyyata alınıb.
"Ötən il yanvarın 1-ə olan məlumata görə, göstərici 69.8 faiz idisə, hazırda bu rəqəm 81.3 faizdir. Bir prosedurla hüquqi şəxslərin qeydiyyatı 11-12 faiz artıb. Başqa sözlə, əgər bir ayda 1000-1200 hüquqi şəxs qeydiyyata alınırsa, bunun 81,3 faizi elektron qeydiyyata alınır. Yəni bir prosedurla qeydiyyatın həyata keçirilməsi prosesi tam tətbiq olunur".

Ə.Məmmədov qeyd edib ki, yaxın vaxtlarda fiziki şəxslərin də sadələşmiş, yəni FİN kod vasitəsilə qeydiyyata alınmasına başlanılacaq.

"Eyni zamanda "ASAN imza"nın verilməsinin tam elektronlaşdırılmasına, yəni hazırda kağız variantda verilən sertifikatların elektron kabinetə göndərilməsinə - online rejimdə tətbiq olunmasına başlanılacaq. "ASAN Xidmət" mərkəzlərində həm elektron qeydiyyata başlanılacaq, yəni elektron şəkildə "ASAN imza"nın alınması, müddətin artırırılmasına başlanılacaq. Tətbiq olunan sertifikatlar onların elektron kabinetinə göndəriləcəyi üçün prosedur daha da asanlacaq".

Aytən Zəhra
Azvision.az



Teqlər: Vergilər-Nazirliyi  





Xəbər lenti