Mehriban Əliyevanın göstərişi ilə şəhid zabitin ailəsinə ev verildi

 Mehriban Əliyevanın göstərişi ilə şəhid zabitin ailəsinə ev verildi
  29 Mart 2019    Oxunub:6617
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsi yeni mənzillə təmin olunub.
Azvision.az xəbər verir ki, bu günlərdə Ali Məhkəmə “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun iddiası əsasında şəhid zabit Sənan Axundovun ailəsinin əlindən 50 kvadratmetrlik mənzilin alınması haqqında qərar çıxarmışdı.

Yaranmış vəziyyətlə əlaqədar Heydər Əliyev Fondunun nümayəndələri şəhid zabitin ailəsi ilə görüşüb və Vətən uğrunda döyüşlərdə həlak olmuş Sənan Axundovun xatirəsinin əziz tutulması, onun ailəsinin üzləşdiyi probleminin həlli ilə bağlı Fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Bakının Nərimanov rayonunda yeni mənzillə təmin olunduqlarını bildiriblər.

Azvision.az



Teqlər: Mehriban-Əliyeva   Şəhid   Ev  





Xəbər lenti