“Ərəb dövlətləri ABŞ-la İsrailin qarşısında özlərini alçaldır” - Zərif

  29 Mart 2019    Oxunub : 876
 “Ərəb dövlətləri ABŞ-la İsrailin qarşısında özlərini alçaldır” - Zərif
Ərəb dövlətləri ABŞ-la İsrailin qarşısında əyilərək özlərini nə qədər alçaltsalar da, onlar yenə müsəlman ölkələrinin ərazilərini işğal edəcəklər.
Azvision.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın Colan təpələrini İsrailin ərazisi kimi tanıması kontekstində ərəb ölkələrinin işğal məsələsi üzrə siyasətlərini tənqid edərkən bu cür bəyanatla çıxış edib.

“Ötən il işğal altındakı Qüds şəhəri ilə bağlı verilən qərardan sonra Trampın işğal olunmuş Colan təpələri barədə qanunsuz bəyanatı bizim ərəb və müsəlman qardaşlarımız üçün ayıldıcı xatırlatma oldu: ABŞ və İsrail sizinlə əl sıxacaqlar, amma sizin nə qədər aşağı əyilməyinizdən asılı olmayaraq, onlar yenə də sizin torpaqlarınızı oğurlayacaqlar”, - deyə Cavad Zərif vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp beynəlxalq hüquq prinsiplərini və BMT qətnamələrində təsbit olunmuş ümumi konsensusu növbəti dəfə pozaraq, 25 fevralda İsrailin baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri zamanı rəsmi sənəd imzalayaraq Colan təpələrini İsrailin ərazisi kimi tanıyıb.

Xatırladaq ki, 1967-ci ildəki 6 günlük müharibədə İsrail Suriyanın Colan təpələrini işğal edib, 1981-ci ildə isə bu əraziləri birtərəfli qaydada ilhaq edib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: İran   Suriya   ABŞ   İsrail