Tovuzda ağır qəza: Ölən və yaralılar var

   Tovuzda ağır qəza:    Ölən və yaralılar var
  29 Mart 2019    Oxunub:2551
Martın 29-da saat 1 radələrində Tovuz rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini N.Ənsərov idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan Ağdaş rayon sakini Qiyas Ədilov orada ölüb. Tovuz RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti