Azərbaycan və Avstriya prezidentləri görüşdü - FOTOLAR

  Azərbaycan və Avstriya prezidentləri görüşdü -    FOTOLAR
  30 Mart 2019    Oxunub:2309
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen ilə görüşü olub.
Azvision.az xəbər verir ki, Federal Prezident Aleksander Van der Bellen Prezident İlham Əliyevi qarşıladı.

Prezident İlham Əliyev və Federal Prezident Aleksander Van der Bellen birgə foto çəkdirdilər.

Avstriyaya səfirindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı qonaqpərvərliyə və Ermənistanın baş naziri ilə görüşə ev sahibliyi etdiyinə görə Avstriya tərəfinə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Azərbaycanın Avstriya ilə ikitərəfli əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğuladı.



Federal Prezident Aleksander Van der Bellen Azərbaycan ilə Avstriya arasında möhkəm dostluq əlaqələrinin mövcudluğunu qeyd edərək bu səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmli olduğunu dedi.



Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün Birgə Əməkdaşlıq Şurasının təsis olunduğunu və onun Vyanada ilk iclasının keçirildiyini deyərək bu formatda əməkdaşlığın ticarət dövriyyəsinin artırılmasına və Avstriya şirkətlərinin Azərbaycanda daha da fəal çalışmalarına imkan yaradacağına ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı Avstriyanın Federal Prezidentinə ölkəmizin təşəbbüsü ilə regionda reallaşdırılan nəqliyyat layihələri barədə məlumat verərək Avstriya şirkətlərinin də bu nəqliyyat infrastrukturu imkanlarından istifadə edə biləcəyini diqqətə çatdırdı.



Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Avstriya  





Xəbər lenti