Çində zavodda partlayış: 5 ölü

Çində zavodda partlayış:  5 ölü
  30 Mart 2019    Oxunub:2517
Çinin şərqindəki Şandun əyalətində özəl zavodda baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 3-ü isə yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi yerli hakimiyyətə istinadən məlumat yayıb.

Qeyd olunub ki, insident zavodun Tsinçjou şəhərindəki perlit istehsal edən sexində baş verib. Xəsarət alan 3 nəfər partlayış zamanı sexin kənarında olanlardır.

Hadisə ilə əlaqədar polis zavodun rəhbərini həbs edib. İlkin araşdırmaya görə, partlayışa anbarda sıxılmış qaz sızıntısı səbəb olub. Hazırda Çin polisi istintaqı davam etdirir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Çin  





Xəbər lenti