Ağ Ev: “Çinlə danışıqlarda irəliləyiş var”

      Ağ Ev:    “Çinlə danışıqlarda irəliləyiş var”
  30 Mart 2019    Oxunub:1555
ABŞ və Çin aralarındakı mübahisələrə son qoymaq üçün Pekində apardıqları ticarət danışıqlarının növbəti mərhələsində irəliləyiş əldə ediblər.
Azvision.az xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Lourens Kudlou “Fox News” telekanalına müsahibəsində deyib.

“Biz irəliyə doğru inamla addımlamağa davam edirik, eləcə də, bu dəfəki danışıqlarda” – Kudlou vurğulayıb.

Çinin “Xinhua” agentliyi isə bəyan edib ki, ötən gün Pekində aparılan ikitərəfli yüksək səviyyəli danışıqlarda Çin baş nazirinin müavini Liu He, ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer və ABŞ maliyyə naziri Stiven Mnuçin yeni ticarət sazişinin mətnini müzakirə ediblər və irəliləyişə nail olublar.

ABŞ-Çin ticarət danışıqlarının növbəti raundu üçün Liu Henin başçılıq etdiyi nümayəndə heyəti aprelin 3-də Vaşinqtona səfər edəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Pekin   Ticarət   ABŞ   Çin  





Xəbər lenti